"Lionel Messi karyerasının əvvəlində Lamin Yamaldan az oynayırdı. Buna görə də Yamal bu yaşda Messidən güclüdür".
Offsideplus.az xəbər verir ki, bu sözləri Niderland yığmasının sabiq futbolçusu Mark van Bommel deyib.
"Barselona"nın keçmiş və indiki ulduzlarını müqayisə edən Bommel belə davam edib: "Ancaq Lamin Yamala bu səviyyədə qalmaq çox çətin olacaq. Leo bunu 20 ildir bacarır. Əgər Yamal Messiyə çatmaq istəyirsə, bundan sonra 500 qol vurmalıdır. Çətin ki bu, kifayət eləyə".
Qeyd edək ki, Mark van Bommel PSV, "Barselona", "Bavariya" və "Milan" klublarındakı çıxışı ilə tanınır.