AZ

Nizami rayonunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakı, 24 iyun, AZƏRTAC

Bakı şəhərinin Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, iyunun 25-də sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Aparılacaq cari təmir işləri ilə əlaqədar sürücülərdən qeyd olunan hissədə hərəkət edərkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Seçilən
15
17
azertag.az

10Mənbələr