AZ

Fitso Rusiyaya qarşı sanksiyaların hansı şərtlər altında bloklanacağını açıqlayıb

Avropa Komissiyası Rusiyanın enerji resurslarının idxalı ilə bağlı mövqeyini dəyişməzsə, Slovakiya tərəfi Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına veto qoymaq hüququnu özündə saxlayır.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitso bildirib.

"Slovakiya AK-dən “Repowering” (Rusiyadan enerji xammalının tədarükünün dayandırılması təşəbbüsü) həll olunana qədər [yeni sanksiyaların qəbulu ilə bağlı] səsverməni təxirə salmağı xahiş etdi", - Fitso bildirib.

O, izah edib ki, əgər Avropa Komissiyası nəyin bahasına olursa olsun təşəbbüsü həyata keçirmək qərarına gəlsə, o zaman Slovakiya Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna mane olacaq.

Qeyd edək ki, iyunun 23-də Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbuluna mane olub.

QAZİLER.AZ

Seçilən
126
13
qaziler.az

10Mənbələr