AZ

ABŞ Konqresi “Arsax lobbiçilərinə” sığınacaq verir...


Afsəddin Nəbiyev: “İndiki situasiyada ermənilər heç nəyə nail olmayacaqlar”

İsveçrə parlamentariləri Erix Fontobelle və Lukas Reimann ABŞ Konqresinin üzvlərinə və əməkdaşlarına “Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin öz vətənlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmasını təmin etmək” üçün davam edən səylər barədə məlumat verəcək.

Bu barədə Amerika Erməni Milli Konqresi (ANCA) məlumat yayıb. İyulun 8-də ABŞ Konqresində isveçrəli deputatların brifinqi nəzərdə tutulub.

Brifinqdə Ermənistanın keçmiş xarici işlər naziri və üzdəniraq “Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsinin sədri” Vardan Oskanyan və Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybner də iştirak edəcək. Oskanyan yerli mediaya müsahibəsində yenə də öz arzusunu reallıq kimi qələmə verməyə çalışaraq iddia edib ki, guya “artsax” mövzusu beynəlxalq birlik üçün qapanmayıb.

Belə görünür ki, erməni lobbisi bütün vasitələrlə sözügedən məsələni ABŞ Konqresinin gündəliyinə çıxarmaq istəyir.

“Oskanyan xristian təəssübkeşliyi altında yerlə bir olmuş, tarixin arxivinə gömülmüş "Dağlıq Qarabağ" anlayışını...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, İsveçrədə, Fransa, ABŞ kimi ölkələrdə çox sayda təşkilatlanmış, maliyyə baxımından güclü siyasi əlaqələri olan erməni diasporası mövcuddur: “Erməni diasporu müxtəlif vasitələrdən istifadə etməklə deputatlarla əlaqələr qurur, onlara "tarixi ədalət", "soyqırım", "Dağlıq Qarabağ ermənilərinin hüquqları" kimi mövzular təqdim edir və emosional əsasda qərar çıxarılmasına təsir göstərməyə çalışır. Əksər hallarda bu lobbi qrupları parlament üzvlərinə siyasi dəstək, səs bazası, hətta seçki kampaniyalarına ianələr vəd edirlər. Qərb ölkələrində ictimai rəydə yanlış təsəvvür və informasiya boşluğu Ermənistanın uzun illər "kiçik məzlum xalq" obrazını uğurla formalaşdırıb. Bunun nəticəsində də deputatlar mövzunu səthi tanıyır, birtərəfli məlumatla hərəkət edirlər. İsveçrə parlamentarilərinin ABŞ Konqresi üzvlərinə etdiyi çağırışların kökündə bu səbəblər dayanır. Vardan Oskanyan xristian təəssübkeşliyi altında yerlə bir olmuş, tarixin arxivinə gömülmüş "Dağlıq Qarabağ" anlayışını yenidən ictimai müzakirəyə qaytarmaqla gündəmə düşmək niyyətindədir. Artıq bu mövzu 5 ildir ki, güclü Azərbaycan dövləti tərəfindən tamamilə aradan qaldırılıb. Azərbaycanın və tərəqqipərvər dünyanın əksər ölkələrinin siyasi leksionunda “Dağlıq Qarabağ” anlayışı yoxdur. Erməni lobbisi bütün vasitələrdən istifadə edərək belə məsələləri ABŞ Konqresinin gündəliyinə çıxarmağa çalışır. Düşünürəm ki, indiki situasiyada ermənilər heç nəyə nail olmayacaqlar. Tam arxayın da olmadan Azərbaycan dövləti Qərbi Azərbaycan İcması vasitəsilə daha mütəşəkkil qaydada beynəlxalq təşkilatlarla işbirliyini dərinləşdirməli, erməni təbliğatının qarşısını almalıdır. Bütün bunlarla bərabər təəssüf doğuran məsələlərdən biri də budur ki, bəzi Avropa dairələrində tarixi-mədəni stereotiplərdən qaynaqlanan "müsəlman azərbaycanlılar xristian ermənilərə qarşı" psixologiyası hələ də mövcuddur. Görünür, Azərbaycan həqiqətlərinin təbliği hələ də yetərli deyil və yaxud görməzdən gəlirlər. Bu baxımdan beynəlxalq arenada diplomatik korpusun, Azərbaycan-Türkiyə diasporunun daha məsuliyyətli olmasına ciddi ehtiyac var”.

Vidadi ORDAHALLI

Seçilən
31
50
baki-xeber.com

10Mənbələr