"Real"ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının qrup mərhələsində keçiriləcək "Zalsburq"la oyunu buraxa bilər.
Publika.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 26 yaşlı fransız futbolçu hələ də qastroenteritdən əziyyət çəkir. Mbappe bu səbəbdən qrup mərhələsində "Əl-Hilal" (1:1) və "Paçuka" (3:1) ilə oyunları buraxıb.
"Zalsburqla qarşılaşma iyunun 28-də baş tutacaq.
Qeyd edək ki, Mbappe bağırsaq infeksiyası səbəbilə Mayamidə xəstəxanaya yerləşdirilmiş, ona kəskin qastroenterit diaqnozu qoyulmuşdu. Həmin gün axşam saatlarında futbolçu xəstəxanadan buraxılmışdı.