AZ

“Nottingem Forest” İqor Jezusla gücləndi

“Nottingem Forest” 24 yaşlı braziliyalı mərkəz hücumçusu İqor Jezusu “Botafoqo”dan tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə “Nottingem Forest”in rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar.

Keçid İngiltərə təmsilçisinə 11,6 milyon avro məbləğ müqabilində başa gəlib.

İqor Jezus “Koritiba”nın məzunudur. Hücumçu, karyerası ərzində “Şabab Əl-Əhli” (Dubay) və “Botafoqo” üçün çıxış edib.

2024/2025-ci illər mövsümündə İqor Jezus “Botafoqo” üçün 29 oyun keçirib, 9 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

İqor Jezus 2024-cü ilin oktyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 4 oyuna 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Transfermarkt”in internet-portalı 24 yaşlı braziliyalı mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
24
3
arena.az

10Mənbələr