AZ

Gürcüstan DTX: İŞİD-ə görə saxlanılan şəxs Azərbaycan tərəfindən axtarışda olub

TBİLİSİ, 24 iyun. TELEQRAF

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) terrorizmə qarşı mübarizəni fəal şəkildə davam etdirir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-nin rəisi Anri Oxanaşvili parlamentdə illik hesabatla çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mübarizə tədbirləri nəticəsində bu ilin mayın 1-də İŞİD sıralarında döyüşmüş, Suriyada partlayıcı maddələrin hazırlanması və istifadəsi üsullarını öyrənən və terror aktlarının həyata keçirilməsi üzrə təcrübə keçmiş əcnəbi vətəndaş saxlanılıb.

A.Oxanaşvili həmin şəxsrin terror cinayətinə görə Azərbaycan tərəfindən axtarışda olduğunu bildirib.

Qeyd edək ki, sözügedən şəxs İnterpolun qırmızı xətti ilə axtarışa verilmiş Azərbaycan vətəndaşı 41 yaşlı Caved Xudamovdur. Gürcüstan DTX-nin məlumatına əsasən, o, 2014-cü ildə Yaxın Şərqə yollanıb və terror təşkilatına qoşulub, orada hərbi əməliyyatlar üzrə təcrübə toplayıb və partlayıcı qurğular üzrə mütəxəssis olub. Tbilisi şəhər məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Seçilən
86
47
teleqraf.com

10Mənbələr