BİLƏSUVAR. 24 iyn. TELEQRAF
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər – sürücü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Traktorun sürücüsünün sözlərinə görə, qəzanın baş verməsinə səbəb "Elantra"nın sürücüsünün qəfildən idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.