AZ

Fernando Muslera Argentina klubunda - Rəsmi

Bu yay Türkiyənin “Qalatasaray” klubundan ayrılmış argentinalı qapıçı Fernando Muslera bundan sonra “Estudiantes”in formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Argentina klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 39 yaşlı qolkiper 2025/2026-ci illər mövsümündə “Estudiantes”in şərəfini qoruyacaq. Muslera yeni klubuna azad agent kimi qoşulub.

Xatırladaq ki, Fernando Muslera 2011-ci ilin avqust ayından “Qalatasaray”da çıxış edirdi. Uruqvaylı qolkiper bu komandanın heyətində bütövlükdə 551 oyun keçirib. O, bu oyunlarda 592 qol buraxıb, 195 qarşılaşmada isə qapısının toxunulmazlığını təmin edə bilib.

Muslera 14 illik “Qalatasaray” karyerası ərzində 19 kubok qazanıb:

Super Liqa: 2011/2012, 2012/2013, 2014/2015, 2017/2018, 2018/2019, 2022/2023, 2023/2024, 2024/2025
Türkiyə Kuboku: 2013/2014, 2014/2015, 2016/2016, 2018/2019, 2024/2025.
Türkiyə Super Kuboku: 2012, 2013, 2015, 2016, 2019, 2024.

Muslera 2016-cı ildə Türkiyədə “İlin futbolçusu” mükafatını qazanıb. O, 2014/2015 və 2018/2019 mövsümlərində də ən yaxşı qapıçı elan edilib.

Fernando Muslera daha öncə İtaliyada “Latsio”nun, ölkəsində isə “Nasional” və “Montevideo Uonderers” klublarının da formasını geyinib.

Təcrübəli qolkiper 2009-cu ilin oktyabr ayında debüt etdiyi Uruqvay yığmasında bütövlükdə 133 oyun keçirib. O, bu oyunlarda 135 qol buraxıb, 54 matçda qapısını toxunulmaz saxlayıb.

Muslera milli komandanın heyətində DÇ-2010, DÇ-2014 və DÇ-2018-in iştirakçısı olub və bütövlükdə 16 oyunda yığmanın qapısını qoruyub. O, DÇ-2022-də də millinin heyətində yer alıb, amma meydana çıxmaq şansı qazanmayıb. Muslera həm də Uruqvay milli komandasının heyətində 2011-ci ildə Amerika Kubokunu qazanmağın sevincini yaşayıb.

Seçilən
46
48
arena.az

10Mənbələr