AZ

Ölüm zindanının çöküşü

İsrail ordusunun İranda siyasi məhbusların saxlandığı Evin həbsxanasına hücumunda itkilərin olduğu açıqlanıb, lakin sayı dəqiq deyil.

İranın ədliyyə sözçüsü Əsgər Cahangir İsrailin Tehrandakı Evin həbsxanasına hücumu nəticəsində ölənlərin olduğunu bildirib.

İsrail dünən həbsxananın girişinə “simvolik” hücum təşkil etdiyini açıqlayıb və binanın bir hissəsinin zədələndiyi bildirilib.

“Zərərlə yanaşı, bəzi idarə və ədliyyə işçiləri və ailə üzvləri də yaralanıb” deyən Cahangir, “Bizim də şəhidlərimiz var, lakin hələ ki, sayı dəqiq deyil” deyib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi də açıqlamasında “Evin Həbsxanası hədəfə alınmamalı idi. Hücum beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”, – deyib.

Evin həbsxanası İranda siyasi məhbusların və müxaliflərin saxlandığı bədnam həbsxana kimi tanınır.

***

Ədliyyə orqanlarının “Mizan” xəbər agentliyi dünən hücumdan sonra vəziyyətin nəzarət altına alındığını bildirib. Dövlət televiziyasının görüntüləri ilkin müdaxilə edənlərin yaralıları xərəklərdə daşıdığını və dağılmış binanın altında sağ qalanları axtardığını göstərib.

İsrailin müdafiə naziri iddia edib ki, hücumda Evin də daxil olmaqla Tehrandakı “rejim hədəfləri və hökumətin repressiv qurumları” vurulub.

Fransanın xarici işlər naziri Jan Noel Barrot həbsxanaya hücumun qəbuledilməz olduğunu, çünki onun orada saxlanılan iki vətəndaşının həyatını təhlükəyə atdığını bildirib.

Seçilən
5
vaxt.az

1Mənbələr