AZ

Biləsuvar qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Bu gün saat 16 radələrində Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər – 2 kişi və 1 qadın xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda hər üç şəxs xəstəxananın Təcili tibbi yardım şöbəsində müalicə olunur.

Həkimlərin verdiyi məlumata görə, yaralıların vəziyyəti stabildir.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
7
bizim.media

1Mənbələr