"Strasburq"un və Seneqal millisinin yarımmüdafiəçisi Habib Diarra karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
İnformasiyanı "RMC Sport" yayıb.
Məlumata görə, onun xidmətində "Atletiko Madrid" maraqlıdır. Madrid təmsilçisinin artıq Liqa 1 komandasının 21 yaşlı kapitanı ilə əlaqə saxladığı bildirilib. Mənbə bu keçidin ispanlara 25 milyon avroya başa gələcəyini vurğulayıb.
Qeyd edək ki, Diarra son mövsümdə Liqa 1-də 30 matça çıxaraq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası Fransa çempionatını turnir cədvəlinin 7-ci pilləsində başa vurub. \\Fanat.Az