AZ

Bu qatarların texniki xidməti müəyyən qaydalarla tənzimlənir

PM yüklü qatarların texniki xidməti və kommersiya baxışları infrastruktur sahibi tərəfindən müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Təhlükəli yüklərin daşınması zamanı işçilər qəza hallarına qarşı tədbirləri bilməlidir. Qatarın hərəkəti zamanı hər hansı təhlükəli vəziyyət yarandıqda, işçilər dərhal tədbir görməlidir. Buksların qızması, oxun qırılması və ya yükün yanması kimi hallarda qatarın hərəkəti dayandırılmalıdır. Hərəkət tərkibinin texniki nasazlıqları avtomatik nəzarət vasitələri ilə müəyyən edildikdə, belə vaqonlarla qatarın hərəkət etməsi qadağandır. Bu qaydalara əməl olunmaması ciddi təhlükələrə səbəb ola bilər.

Seçilən
46
7
heftelik.az

8Mənbələr