Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya II Bundesliqasında çıxış edən "Kayzerslautern" ilə rəsmi müqavilə bağlayıb.
Sportinfo.az xəbər verir ki, tibbi müayinədən uğurla keçən 28 yaşlı forvardıyla 3 illik anlaşma əldə olunub.
O, yeni klubunda 10 nömrəli formanı geyinəcək.
Mahirin kontrakta imza atandan sonra "Kayzerslautern"in stadionunda çəkilmiş ilk fotoları yayılıb. Burada hər kəsin sövdələşmədən məmnun olduğu görünür.