Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya ordusunun Ukraynada itkiləri bir milyon nəfəri keçib, onlardan 250 mini ölüb. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu NATO-nun yüksək rütbəli rəsmisi Haaqa sammitində keçirilən brifinqdə deyib.NATO rəsmisi əlavə edib ki, alyansın qiymətləndirməsinə görə, iqtisadi baxımdan Rusiya ən azı 2027-ci ilə qədər müharibə apara biləcək.Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte alyansın Haaqa sammiti başlamazdan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə brifinqdə Kiyevi bundan sonra da dəstəkləyəcəklərinə əmin edib. Baş katib xatırladıb ki, bu il müttəfiqlər Kiyevə təxminən 35 milyard avro dəyərində təhlükəsizlik yardımı göstərmək vədi veriblər. ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.