ain.az, Oxu.az saytına istinadən bildirir.
İtaliyada məşhur "Fiat Panda" avtomobil modelinin qeyri-adi versiyası görüntülənib.
Oxu.Az xəbər verir ki, bu barədə Tengrinews.kz məlumat verib.
Avtomobilin kuzovu ensizləşdirilib və təkərləri bir-birinə daha yaxın yerləşdirilib. Qeyri-standart ölçülərinə baxmayaraq, avtomobil kifayət qədər hərəkətli görünür.
Qeyri-adi nəqliyyat vasitəsinin videoları tez bir zamanda sosial şəbəkələrdə yayılıb. Kadrlarda ensiz avtomobilin sərbəst hərəkət etdiyi və yoldan keçənlərin təəccüb dolu reaksiyasına səbəb olduğu əks olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.