AZ

Zelenski: Ukrayna Böyük Britaniya ilə birgə PUA-lar istehsal edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsini müzakirə edib və onunla dronların birgə istehsalına dair razılığa gəlib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində məlumat paylaşıb.

 

Zelenskinin sözlərinə görə, müzakirələr müdafiə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı olub.

 

O, bu cür əməkdaşlığın Ukraynaya mühüm layihələr, o cümlədən tutucu və uzaqmənzilli pilotsuz təyyarələrin yaradılması üçün sabit maliyyə almağa imkan verəcəyinə əmin olduğunu bildirib.

 

"Bugünkü görüşün yaxşı nəticəsi var - birgə istehsalla bağlı əlavə qərar", - deyə Ukrayna prezidenti qeyd edib.

Seçilən
65
50
senzor.az

10Mənbələr