AZ

Körfəz ölkələrindən Vaşinqton və Tehran arasında danışıqlara çağırış

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Körfəz Əməkdaşlıq Şurasının Nazirlər Şurası ABŞ və İran arasında nüvə danışıqlarını bərpa etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının 49-cu fövqəladə iclasında regiondakı son gərginlik müzakirə olunub.

Şuranın baş katibi Casim Məhəmməd Əl-Budeivi yekun bəyanatda ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında əldə olunmuş atəşkəslə bağlı açıqlamasının alqışlandığını bildirib. Bəyanatda ABŞ və İran arasında nüvə danışıqlarının bərpasına çağırış yer alıb.

İclasda həmçinin İranın Qətərdəki ABŞ bazası – "Əl-Udeyd"ə raket zərbələri endirməsi də gündəmdə olub. İranın Xarici İşlər naziri Abbas Əraqçi bu hücumun ABŞ-ın İranın ərazi bütövlüyünə qarşı əvvəlki hərbi əməliyyatlarına cavab olduğunu və Qətərə qarşı yönəlmədiyini bəyan edib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
bakivaxti.az

1Mənbələr