AZ

İlk dəfə Nyu-Yorkun meri müsəlman ola bilər

BAKI, 25 iyun. TELEQRAF

Noyabrda Nyu-York (ABŞ) meri seçkiləri üçün Demokratlar Partiyasının praymerizində az tanınan ştat senatoru Zoran Mamdani keçmiş qubernator Endryu Kuomonu məğlub edərək sürpriz qələbə qazanıb.

Teleqraf xəbər verir ki, Kuomo məğlubiyyətini etiraf etsə də, payızda keçiriləcək ümumi seçkidə müstəqil namizəd kimi iştirakını istisna etməyib.

33 yaşlı demokrat-sosialist Mamdani solçu şüarlar üzərində kampaniya aparıb: pulsuz ictimai nəqliyyat, müəyyən növ mənzillərin icarə haqqının dondurulması, şəhərin ən varlı sakinləri üçün vergi artımı. O, həmçinin təcrid olunmuş icmalar – miqrantlar, irqi azlıqlar, müsəlman icmaları, aztəminatlılar və sair üçün ədaləti müdafiə edib.

Kampaniya zamanı müntəzəm olaraq məscidlərə baş çəkib və dəfələrlə emosional çıxışlar edib.

Yerli KİV-in fikrincə, səsvermənin nəticələri şəhərin yaxın tarixində ən böyük sürpriz olub. Mamdani Nyu-York meri seçkilərində qalib gəlsə, bu vəzifəni tutan ilk müsəlman olacaq.

Keçmiş demokrat, indi müstəqil olaraq namizədliyini irəli sürən hazırkı mer Erik Adams praymerizdə iştirak etməyib. Respublikaçılar isə partiyadaxili səsvermə olmadan radio aparıcısı Kürtis Slivi namizəd kimi irəli sürüblər.

Ənənəvi olaraq, Demokratların praymerizinin qalibi Nyu-York meri olmaq üçün hər cür şansa malikdir.

Seçkilər 2025-ci il noyabrın 4-də keçiriləcək.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr