AZ

"Çelsi" növbəti mərhələyə darmadağınla yüksəldi

Klublararası dünya çempionatlnda daha bir qrupda mübarizə tamamlanıb. 

Milli.Az xəbər verir ki, D qrupunda iki görüş baş tutub. 

"Çelsi" Tunis təmsilçisi "Esperans"la vacib dueldən qalib ayrılıb - 3:0.

"Zadəganlar" hər üç qolu hissələrə əlavə olunmuş dəqiqələrdə vurublar. Tosin Adarabioyo 45+3, Liem Delam 45+5, George Tiruqie 90+7-ci dəqiqələrdə fərqləniblər.

Bununla da, İngiltərə nəhəngi 1/8-ə vəsiqə qazanan növbəti komanda olub. 

"Los-Anceles" (ABŞ) - "Flamenqo" (Braziliya) qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. 
84-cü dəqiqədə Denis Buanqa ABŞ təmsilçisini hesabda önə çıxarsa da, braziliyalılar iki dəqiqə sonra Yan Valasın qolu ilə tarazlığı bərpa ediblər.

Nəticədə xallarını 7-yə çatdıran "Flamenqo" D qrupunun lideri kimi pley-offa yüksəlib. 

Milli.Az

Seçilən
6
2
milli.az

3Mənbələr