1997-2003-cü illər arasında 7 mövsümdür “Vampir qatil Baffi” filmində baş rolu canlandıran Sarah Mişel Gellar Hulu üçün hazırlanan yeni adaptasiyada Baffi Sammers obrazını canlandırmağa hazırlaşır.
Hafta.az-ın “Vanity Fair”a istinadən yazdığına görə, “Star Wars: Skeleton Crew”in aktrisası Rayan Kayera Armstronq da yeni serialda gənc qatil kimi görünəcək.
Fevralda Hulunun “Vampir qatil Baffi” üçün davam seriyası sifariş etməyə hazırlaşdığı açıqlanıb. Daha sonra may ayında rəsmən Armstronqun serialda baş rol oynayacağı elan edilib.
Bundan əlavə, Gelların pilot epizodda görünəcəyi, daha sonra serialda Baffi kimi təkrarlanan rolda görünəcəyi də təsdiqlənib.
Armstronqun aktyorluğunu tərifləyən Gellar “Vanity Fair Italia”ya verdiyi müsahibədə deyib: "Ryanın dinləmələrinə baxdığım an qərara gəldim ki, o, yanımda görmək istədiyim yeganə insandır. Bu yaşda bu cür emosional intellektə və istedada sahib olmaq əsl hədiyyədir və onun təbəssümü ən qaranlıq otağı belə işıqlandırır". 48 yaşlı Gellar həmçinin bildirib ki, yeni versiya orijinal serialın son sezonlarından daha "yüngül" olacaq: “Yeni və köhnə personajlar arasında balans tapmağa çalışacağıq. Arzum serialda ölən bütün obrazları geri qaytarmaqdır. Amma əlbəttə ki, biz də yeni hekayələr üçün yer açmalıyıq”.
Gellar, ilk “Baffi” serialı yayımlanarkən sosial media təzyiqinin olmadığını və bu baxımdan özünü "şanslı" hiss etdiyini bildirib. Lakin o, yeni versiyanın aktual mövzulara və problemlərə toxunmalı olduğunu da vurğulayıb: "Baffi” həmişə janrları kəsən şou olub. İndi biz şounun mövzularını necə modernləşdirəcəyimizi anlamağa çalışırıq. Xüsusilə sosial medianın hökmran olduğu bir dünyada özünü kənarda hiss etməyin nə demək olduğunu araşdırmaq istəyirik. Bizim araşdırmaq istədiyimiz şey bu gün cəmiyyətə təsir edən zaman və məkan sərhədləridir". Hələlik, Hulu layihəni “Untitled Buffyverse Experiment” adlandırır və təfərrüatları gizli saxlayır. Gellar serialda baş rol oynamaqla yanaşı, həm də icraçı prodüserdir.