Yanacaq çəni o qədər şişib ki, az qalsın partlaya.
Publika.az Xəzər TV-yə istinadən məlumat verir ki, bu kadrları bir neçə gün əvvəl avtomobil ustası Pərviz İsmayılov çəkib.
Maraqlısı isə budur ki, bu cür problem son model avtomobillərdə yaranır.
Usta hesab edir ki, avtomobilin yanacaq çənində yaranan təzyiq artımı yəni, çənin şişməsi nəqliyyat vasitəsini partlayış təhlükəsi ilə üz-üzə qoyur.
Bəs sürücülər bunu necə müəyyən edə bilərlər?
Usta bildirib ki, bəzi yeni nəsil marka və modellərdəin yanacaq çənində qazlanmanın həddən artıq çox olması müşahidə olunur.