AZ

BTQ-nin icraçı direktoru: Qvadelupanın müstəqilliyinə beynəlxalq hüquq normaları çərçivəsində nail olunmalıdır

BAKI, 25 iyun. TELEQRAF

Qvadelupanın müstəqilliyinə beynəlxalq hüquq normaları çərçivəsində nail olunmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda çıxışı zamanı deyib.

“Ölkədə işsizlik səviyyəsi 18-20 faiz təşkil edir. Ümumi Daxili Məhsulun 80 faizi dövlət subsidiyaları hesabına formalaşır ki, bu da mövcud iqtisadi asılılığın bariz göstəricisidir. Qvadelupaya məxsus maddi və mədəni irsin qorunması istiqamətində tədbirlər hələ də kifayət qədər effektiv şəkildə həyata keçirilmir. Biz, BTQ olaraq, müasir dövrdə kolonializmin yeni formalarını qətiyyətlə rədd edirik və Qvadelupanın sosial-iqtisadi və mədəni inkişafını tam şəkildə dəstəkləyirik”, - o qeyd edib.

Seçilən
18
teleqraf.com

1Mənbələr