AZ

“8 Noyabr” Elektrik Stansiyası-enerjinin gələcəyi ilə bağlı Azərbaycan-İtaliya-Çinin ortaq baxışı...

Postmüharibə mərhələsinin önəmli hadisələrindən biri də Azərbaycanda həm ənənəvi enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılması, həm də bərpaolunan enerji sahəsində bir sıra önəmli layihələrin reallaşdırılmasına xüsusi vüsətin verilməsidir. Bu baxımdan 2025-ci il iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biridir.Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib. Bu baxımdan isə “8 Noyabr” Elektrik Stansiyası-enerjinin gələcəyi ilə bağlı Azərbaycan-İtaliya-Çinin ortaq baxışı kimi dəyərləndirmək olar.

Azərbaycan Prezidenti İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının ölkələrimiz arasında uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirib, eyni zamanda bir sıra vacib məqamlara toxunub və bildirib ki, 1880 meqavat gücündə olan bu stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək,enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. “8 Noyabr” Stansiyasının istismara verilməsi generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq.Şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək.Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir. Əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bunun nə dərəcədə əhəmiyyət kəsb etdiyini kəs başa düşə bilər.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanda ən böyük və ən strateji obyektlərdən biri olmaqla, ölkəmizdə enerji infrastrukturunu modernləşdirmək, daha təmiz, daha etibarlı və daha səmərəli texnologiyalar tətbiq etmək istiqamətində kompleks yanaşmanın bariz nümunəsidir.“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizdə enerji dayanıqlığının təmin edilməsi,artan tələbatn qarşılanması,enerji təhlükəsizliyinin gücləndirilməsi,daxili tələbatın qarşılnması ilə yanaşı, həm də ixrac imkanlarının artırılması,təbii qaza qənaət edilməsi,ətraf mühütün qorunması baxımından mühüm həmiyyət kəsb edir. Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində 1 kvts elektrik istehsalına şərti yanacaq sərfiyyatının 120 qram azaltmaqla 345 qramdan 225 qrama enməsinə imkan verir. İldə 1 milyard kub metr qaza qənaət ediməsinə gətirib çıxaracaq.Elektrik Stansiyasının Faydalı İş Əsalı 17 faiz artmaqla 38,5 faizdən 55,5 faizə qalxacaq.2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq və keçmişlə müqayisədə bu,havaya atılmaları 50 faiz azaldacaqdır. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və etibarlı enerji təminatnda münüm rol oynayacaq.Bu layihənin qısa müddət ərzində ərsiyəyə gəlməsi Azərbaycanın artan güc tələbatının qarşılanması, yaradılan böyük gücdə bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının balanslaşdırılması, enerjisistemin dayanıqlılığının təmin olunması baxımından səmərəli həll kimi ölkəmizin inkişafına xidmət edəcək.Bu layihənin uğurla reallaşdırılması strateji addım olduğundan, digər sənaye və istehsal sektorlarının da inkişafına müsbət təsir edəcək.

Əli Məsimli,

Milli Məclisin deputatı,iqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Seçilən
13
2
redaktor.az

3Mənbələr