AZ

Instagram-da səs salacaq 9 yeni funksiya

Populyar sosial media platforması Instagram istifadəçi təcrübəsini tamamilə dəyişəcək 9 yeni xüsusiyyətini təqdim edib.

News24.az bildirir ki, çoxlu profil fotosu, 3:4 vizual dəstəyi, aylıq performans xülasəsi, Spotify inteqrasiyası və digər yeniliklərhəm fərdi istifadəçilər, həm də kontent yaradıcıları üçün mühüm dəyişikliklər vəd edir.

Çoxlu profil fotosu dövrü başlayır

İstifadəçilər artıq yalnız bir profil şəkli ilə kifayətlənməyəcək. Yeni xüsusiyyət sayəsində dördədək profil fotosu əlavə etmək və bu şəkillər arasında keçid etmək mümkündür. Bu yenilik istifadəçilərə özlərini daha müxtəlif formalarda ifadə etmək imkanı verir.

Yeni vizual ölçü: 3:4 dəstəyi

Əvvəllər yalnız 1:1 və 4:5 ölçülü paylaşımlara imkan verən Instagram indi 3:4 ölçülü şəkilləri də dəstəkləməyə başlayıb. Bu dəyişikliyin məqsədi mobil ekranlarda vizual uyğunluğu artırmaq və daha diqqətçəkici vizualların ön plana çıxmasını təmin etməkdir.

Aylıq performans xülasəsi

Instagram artıq istifadəçilərə ay sonunda fərdiləşdirilmiş performans hesabatları təqdim edir. Bu xülasələrə baxış sayı, izləyici artımı, interaktivlik faizi və kontent tövsiyələri daxildir. İstifadəçilər bu xüsusiyyəti Ayarlar > Alətlər > Aylıq Xülasə bölməsindən aktivləşdirə bilərlər.

Önə çıxan hekayələrdə yenidən dizayn

Bəzi istifadəçi profillərində artıq “Önə Çıxan Hekayələr” halqaları ləğv olunub, əvəzində isə “Önə Çıxanlar” adlı yeni bir sekmə əlavə olunub. Hazırda sınaq mərhələsində olan bu dəyişiklik, profil səhifələrini daha səliqəli və sadə göstərməyi hədəfləyir.

Spotify inteqrasiyası genişləndi

Instagram və Spotify arasında olan əlaqə daha da gücləndirildi. Artıq istifadəçilər dinlədikləri musiqiləri Notlar bölməsində avtomatik paylaşa bilirlər. Qeyd edək ki, bu funksiya yalnız qarşılıqlı izləyən istifadəçilər arasında işləyir.

Reels paylaşımlarına gəlir modeli

Meta, kontent yaradıcıları üçün yeni gəlir modelini istifadəyə verib. İndi yalnız Instagram-da paylaşılan və Facebook-a yerləşdirilməmiş Reels videolar Facebook-da da yayımlana bilər və bu baxışlardan əldə edilən gəlir istifadəçiyə ötürülür. Bu funksiya Türkiyədə artıq aktivdir.

Paylaşılan giriş (Shared Access)

Yeni təqdim olunan “Paylaşılan Giriş” funksiyası sosial media menecerlərinə, parola ehtiyacı olmadan müəyyən səlahiyyətlərlə hesab idarəetməsinə imkan verir. Parol dəyişdirmə və hesab bağlama kimi vacib funksiyalar məhdudlaşdırılıb, bütün fəaliyyətlər isə mərkəzləşdirilmiş bir paneldən izlənilə bilir.

“Edit Grid” ilə profil düzənlənməsi

Hal-hazırda ABŞ-da istifadəyə verilmiş bu xüsusiyyətlə istifadəçilər öz profillərindəki göndəri və Reels paylaşım sırasını istədikləri kimi düzəldə bilirlər. Profilinin vizual görünüşünə önəm verənlər üçün bu yenilik tezliklə Türkiyə və digər ölkələrdə də aktiv olacaq.

“Səssiz paylaşım” dövrü

Instagram-a əlavə olunan “Səssiz Göndəri” funksiyası sayəsində istifadəçilər yalnız profillərinə daxil olanların görə biləcəyi paylaşım edə bilirlər. Bu paylaşımlar ana lentə düşmür, yalnız profilə daxil olduqda görünür.

Bu yeniliklər Instagram istifadəçilərinin platformadakı təcrübəsini daha çevik, fərdiləşdirilmiş və interaktiv hala gətirməyi hədəfləyir.

Aqil


Seçilən
19
1
news24.az

2Mənbələr