AZ

Ermənistanın "Orta Dəhliz"ə qoşulmaq şansı var?

Gürcüstan Ermənistanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TİTR) qoşulmasında əsas rol oynaya bilər.

Publika.az xəbər verir ki, bunu “Xander Group” konsaltinq şirkətinin təsisçisi və baş direktoru İsgəndər Akılbayev APRI Ermənistan forumunda “Sputnik Ermənistan”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, belə bir ssenarini həyata keçirmək üçün aydın iqtisadi və logistik proseslər qurmaq lazımdır: vergi rejimlərini əlaqələndirmək, Gürcüstan limanları vasitəsilə yüklərin tranziti qaydalarını müəyyən etmək və TMTR marşrutu ilə sinxronizasiyanı təmin etmək. Bu prosesdə təkcə Ermənistan və Gürcüstan hökumətləri deyil, biznes ictimaiyyəti və ekspert dairələri də iştirak etməlidir. Onun fikrincə, TİTR-ə qoşulmaq İrəvana Cənubi Qafqazdan kənara çıxmağa və daha geniş logistik marşrutlarda yer tutmağa imkan verəcək.

“Bu kontekstdə Ermənistan diqqəti öz güclü tərəflərinə - yüngül sənaye, tekstil və informasiya texnologiyaları sahələrində cəmləşdirməlidir”, - ekspert bildirib.

Ekspert qeyd edib ki, son illərdə “Orta Dəhliz” adlanan marşrutun əhəmiyyəti xeyli artıb: o, ənənəvi marşrutlara mühüm alternativ və Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən keçid kimi qiymətləndirilir.

Marşrutun məqsədi logistikanın maksimum koordinasiyası və sadələşdirilməsidir. Əsas şərtlərdən biri iştirakçı ölkələrin dəmir yolu infrastrukturunun birləşdirilməsidir.

Seçilən
8
publika.az

1Mənbələr