2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Murad Xaçayev klubdan ayrılıb.
Offsideplus.az xəbər verir ki, klub ilə müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə vidalaşıb.
Qeyd edək ki, Murad Xaçayev "Sumqayıt"da bütün turnirlər daxil olmaqla 176 oyun keçirib, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, "Sumqayıt" daha öncə Vaqif Cavadov (baş məşqçi), Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov ilə yollarını ayırmışdı.