Demokrat.az xəbər verir ki, əvvəllər dəfələrlə dəvət olunmasına baxmayaraq, Fransa səfiri səfərlərdə iştirak etmir və Şuşaya getmirdi.
Əldə etdiyimiz məlumata görə, onun budəfəki səfərdə dəvətsiz iştirak etməsi diqqət çəkib. Fransanın Azərbaycandakı səfiri Ann Buayon Qarabağa diplomatik korpusun səfərinə çağırılmayıbmış. Eyni zamanda Azərbaycan səfiri də 8 Mayda Parisda 2-ci dünya müharibəsi paradı keçirilən zaman Makron administrasiyası tərəfindən həmin mərasimlərə dəvət olunmamışdı. Lakin Fransa səfiri Ann Buayon çağırılmasa da, budəfəki səfərə öz təşəbbüsü ilə qoşulub.
Xanım səfirin Şuşada verdiyi açıqlamalar da maraqla qarşılanıb. Onun “Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhərdir”, sözləri Qarabağın tarixi Azərbaycan torpaqları olmasının bir növ növbəti təsdiqidir. Axı mədəniyyət yalnız tarixi bağlılıq olan yerdə formalaşa bilər. Bu baxımdan Ann Buayonun Qarabağdan verdiyi mesajlar, tikinti-bərpa işlərinə heyran qalmasını bildirməsi çox əhəmiyyətlidir.
Qeyd edək ki, diplomatların Qarabağa səfəri təyyarə ilə Laçın hava limanından başlayıb ki, bu da böyük məna ifadə edir. Fransa səfirinin də yer aldığı diplomatik korpus üzvləri Laçın və Şuşadan sonra Xankəndidən keçməklə Ağdamda olublar.
10Mənbələr
-
news24.azFransa səfiri Qarabağa dəvətsiz gedibmiş... ( 18617926)
-
buta.tvFransa səfiri Qarabağa dəvətsiz gedibmiş... ( 18624676)
-
konkret.azDiplomatik jest, yoxsa yeni siyasət? – Fransa səfiri dəvət olunmadan Şuşaya getdi ( 18620866)
-
demokrat.azFransa səfiri Qarabağa dəvətsiz gedibmiş... ( 18620215)
-
olaylar.azDiplomatik jest, yoxsa yeni siyasət? - Fransa səfiri dəvət olunmadan Şuşaya getdi ( 18619984)
-
milli.azDiplomatik jest, yoxsa yeni siyasət? - Fransa səfiri dəvət olunmadan Şuşaya getdi - FOTO ( 18619609)
-
modern.azFransa səfiri Qarabağa dəvətsiz gedibmiş ( 18618661)
-
senzor.azFransa səfiri Qarabağa ( 18618385)
-
viral.azFransa səfiri Qarabağa dəvətsiz GEDİBMİŞ… ( 18617947)
-
redaktor.azFransa səfiri Qarabağa dəvətsiz GEDİBMİŞ... ( 18617812)