AZ

Benzinin qiyməti ilə bağlı VACİB XƏBƏR - Yeni qiymət...

İsrail ilə İran arasında elan edilən atəşkəs qərarı beynəlxalq neft bazarında ciddi dalğalanmaya səbəb oldu. Hər iki tərəfin razılaşmanı pozduğu bildirilsə də, geosiyasi gərginliyin azalması fonunda neft qiymətlərində kəskin ucuzlaşma müşahidə olundu. Mütəxəssislər isə qiymətlərdəki enişin davam edib-etməyəcəyi və bunun akaryakıt (yanacaq) qiymətlərinə təsiri barədə proqnozlar verirlər.

News24.az bildirir ki, 13 iyun tarixində İsrail ilə İran arasında başlayan hərbi qarşıdurmalara ABŞ-ın birbaşa müdaxiləsi bazarları narahat etmişdi. İranın nüvə obyektlərinə hücum edən ABŞ-a cavab olaraq İran da ABŞ bazalarına zərbələr endirmişdi. Bu hadisələr fonunda Brent markalı neftin qiyməti 79 dollara qədər yüksəlmiş və 5 ayın ən yüksək səviyyəsinə çatmışdı.

İranın Hörmüz Boğazını bağlama ehtimalı isə panikaya səbəb olmuşdu. Goldman Sachs bankı Hörmüz Boğazında uzunmüddətli blokada olacağı təqdirdə, neftin qiymətinin 110 dollaradək arta biləcəyini bildirmişdi.

Hadisələrin gərgin fazaya çatmasının ardından ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə etdiyi paylaşımda İsrail və İran arasında tam və əhatəli atəşkəsə nail olunduğunu bəyan etdi. O, atəşkəsin qüvvədə olduğunu və heç bir tərəfin onu pozmaması lazım gəldiyini də vurğuladı.

Atəşkəsin elanından sonra bir neçə saat ərzində İsrailin hücumu barədə xəbərlər yayıldı və Tramp “Heç bir tərəfin bu davranışından məmnun deyiləm”, deyə bildirdi.

Buna baxmayaraq, neft qiymətlərində 24 iyunda kəskin eniş baş verdi. Həm brent, həm də xam neftin qiyməti 5%-dən çox ucuzlaşaraq 70 dolların altına düşdü. Hazırda qiymətlər 65-66 dollar səviyyəsində qərarlaşıb.

Enerji bazarını izləyən mütəxəssislər Yaxın Şərqdəki vəziyyətin tam sabitləşmədiyini və buna görə də növbəti günlərdə neft bazarında yeni və daha sərt dalğalanmaların baş verə biləcəyini bildirirlər.

Qısa müddət əvvəl neftin qiymətindəki artım yerli bazarlarda benzin və dizel qiymətlərinə də ciddi təsir etmişdi. İndi isə analitiklər bildirir ki, əgər neftin ucuzlaşması davam edərsə, yaxın həftələrdə akaryakıt məhsullarında ucuzlaşma mümkündür. Lakin bu, dövlətin vergi siyasətindən və bazarın reaksiya sürətindən də asılı olacaq.

Aqil



Seçilən
18
news24.az

1Mənbələr