AZ

FİSO olimpiadası haqqında iddialar səsləndirən alim barəsində hüquqi tədbir görüləcək - GOM

Beynəxalq Olimpiada Mərkəzi bir neçə gün öncə FİSO olimpiadası haqqında iddialar səsləndirən valideyn barəsində hüququ addımlar atacağını açıqlayıb. Bunu Mərkəzin direktoru Xəyal İbrahimzadə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Bir neçə gün öncə riyaziyyatçı alim, valideyn Vəfa Məmmədova sosial hesabında video çəkərək bildirib ki, məktəblilər arasında Dubayda keçirilən FİSO olimpiadasının beynəlxalq sertifikatlı olmayıb.

"Son günlərdə yarışla bağlı sosial mediada yayılan bəzi qərəzli iddialar təşkilatçı GOC tərəfindən rədd olunub. Valideynlərlə imzalanmış müqavilələrdə bütün xidmətlər və ödəniş şərtləri əvvəlcədən razılaşdırılıb və bu barədə ətraflı məlumat verilib.Yayılan iddiaların əsassız olduğunu bildirərək, hüquqi tədbirlərin görəcəyimizi açıqlayırıq",- İbrahimzadə 25-də keçirilən brifinqdə deyib.

FISO təşkilatçıları yarışın beynəlxalq standartlara uyğun şəkildə həyata keçirildiyini və iştirakçılara qarşı bütün öhdəliklərin yerinə yetirildiyini vurğulayıb.


Gülnar Nazimqızı

Seçilən
5
1
anews.az

2Mənbələr