AZ

Polis Suraxanıda əməliyyat keçirdi – 3 nəfər tutuldu – VİDEO

Suraxanı rayonunda keçirilən əməliyyatda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin 3 üzvü - 48 yaşlı Natiq İbadov, 38 yaşlı Tural Ələkbərov və əvvəllər məhkum olunmuş 49 yaşlı Xəqani Bayramov saxlanılıblar.
 

Onlardan 8 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.


Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətlərində olduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Bizim.Media

Seçilən
9
12
bizim.media

10Mənbələr