BAKI, TurkicWorld
Trampın İrana hücumu narazılıq səviyyəsini artırıb.
TurkicWorld xəbər verir ki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra prezident Donald Trampın fəaliyyətindən narazı olan amerikalıların sayı rekord həddə çatıb.
“YouGov” ictimai rəyi araşdırma şirkəti tərəfindən 1590 nəfər arasında keçirilən sorğunun nəticələrinə əsasən, iştirakçıların 54 faizi Trampın prezidentliyi dövründəki fəaliyyətindən narazı olduqlarını bildirib.
Bu göstərici Donald Trampın vəzifəyə başladığı vaxtdan bu günə qədər qeydə alınmış ən yüksək narazılıq səviyyəsi hesab edilir.
Qeyd edək ki, Trampın İrana qarşı hərbi əməliyyat qərarı öncəsi respublikaçı seçicilərin 57 faizi Vaşinqton administrasiyasının İsrail-İran gərginliyini düzgün idarə etdiyini düşünürdü. Hücum qərarından sonra bu göstərici 82 faizə yüksəlib.