AZ

Mərkəzin rəhbəri saxta olduğu iddia edilən yarışmaya aydınlıq gətirdi

BAKI, 25 iyun. TELEQRAF

Dubayda FISO yarışmasına qatılan məktəblinin valideyni iddia edir ki, övladının iştirakı üçün 5 min manat ödəniş edib və bunun qarşılığında qeyri-müəyyən, beynəlxalq statusu olmayan bir tədbirdə iştiraka cəlb edilib. Böhtan xarakterli məlumatların araşdırılması məqsədilə valideyn barəsində məhkəmə iddiası qaldırılacaq.

Teleqraf xəbər verir ki, bu sözləri “Global Olympiad Center”in direktoru Xəyal İbrahimzadə deyib.

Onun sözlərinə görə, həmin vətəndaş bu il mayın 13-də GOC ilə rəsmi müqavilə imzalayıb: "Müqavilədə iştirakın tam şərtləri, xidmətlər və ödəniş detalları açıq şəkildə qeyd olunub. Valideyn müqavilə ilə razılaşaraq qəyyum statusu ilə səfərə qatılıb. Müqaviləyə əsasən valideyn üçün nəzərdə tutulan xidmətlərə təyyarə bileti, oteldə yerləşmə, gündəlik qidalanma, şəhər turları və beynəlxalq tədbirdə iştirak hüququ daxildir. Bu xidmətlər paketi üçün valideynlərə əvvəldən 1600 dollar, şagirdlər üçün isə medal nəticələrindən asılı olaraq 1650-1700 dollar aralığında rəsmi ödəniş təklif olunub. Yayılan qərəzli və böhtan xarakterli məlumatların rəsmi qaydada və obyektiv araşdırılması məqsədilə valideyn barəsində məhkəmə iddiası qaldırılacaq”.

Qeyd edək ki, Dubayda təşkil olunan FISO beynəlxalq yarışmasının saxta olması ilə bağlı iddialar yayılıb. AMEA-nın Riyaziyyat və mexanika institunun aparıcı elmi işçisi, valideyn Vəfa Məmmədova özü və övladının yarışda iştirakı üçün sözügedən şirkətə 5 min manat ödəniş etdiyini bildirib.

Seçilən
52
teleqraf.com

1Mənbələr