AZ

"Gün ərzində 3-4 saatımızı transfer fəaliyyətinə həsr edirik"-Qurban Qurbanov




"Danışıq apardığımız futbolçular var. Sayları çoxdur. Bir neçə nəfərlə daha ciddi danışıqlara başlamışıq. Əfsuslar olsun ki, danışıqlar tam istədiyimiz kimi getmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "İdman TV"yə açıqlamasında deyib.

O, transferlərlə bağlı verilən sualı belə cavablandırıb:

"Elə müddətdir ki, futbolçular daha yaxşı təklif gözləyirlər. İşimiz o qədər də asan deyil. Gün ərzində 3-4 saatımızı transfer fəaliyyətinə həsr edirik".
Seçilən
8
1
newscenter.az

10Mənbələr