AZ

Azərbaycanda yaxın gələcəkdə “deepfake” halları baş verə bilər

BAKI, 25 iyun. TELEQRAF

Hər il olduğu kimi bu il də artıq təhlükəsli mövzusunda yeni çağırışlar bizi gözləyir. Azərbaycanda “deepfake” halları hal-hazırda yoxdur, lakin düşünürük ki, yaxın gələcəkdə artıq bununla bağlı məqamlarla da biz rastlaşacağıq.

Teleqraf xəbər verir ki, bu barədə ABB Bankın “Anti-Fraud” Analitik Komandasının Rəhbəri Araz Həsənzadə “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisinin ikinci günündə çıxışı zamanı deyib.

O xatırladıb ki, 2017-ci ildə bankların mobil tətbiqlərini istifadə etmək üçün mütləq qaydada bankamata yaxınlaşmaq lazım idi:
“Bankomatdan müəyyən bir qəbz götürməli və həmin qəbz əsasında mobil tətbiq üzərində qeydiyyatdan keçməli idik. Bugünkü gün isə banka yaxınlaşmadan belə bank hesabı aça bilirik. Həmin bank hesablarıdan istifadə eləyə, hətta kredit götürə və depozit yerləşdirə və bir çox funksional imkanlardan istifadə edə bilərik. Təbii ki, bu funksional imkanların istifadəsi özü ilə müəyyən təhlükələr gətirir.

Bu təhlükələr iki tərəflidir. Birinci təhlükə odur ki, bank üçün əlavə təhlükələri yaradır. İkinci təhlükə odur ki, müştəriyə qarşı təhlükələri yaradır. Biz “fraud” (fırıldaqçılıq) deyəndə yalnız bankın itkilərini nəzərdə tutmuruq, eyni zamanda müştəri təhlükəsinin təmin olunmasını da nəzərdə tuturuq. “Fraud” tarixçəsi əsasən kart oğurluğu və “skimming” əməliyyatlarında başlayır. Xaricdə bankamaklarda qurğular quraşdırırdılar və kart məlumatları oğurlanaraq və bunu kopyalayaraq digər kartlarla vəsaitlərin oğurlanması əməliyyatları həyata keçirilirdi.

İnsanlarda maliyyə-inkluzivliyi artdıqca onlar daha çox maliyyə resurslarla çıxışı əldə etdikcə artıq dələduzlar daha rahat variantlar taparaq ən aşağı xərclə maliyyə vəsaitlərini ələ keçirə bilirlər”.

Araz Həsənzadə əlavə edib ki, bugün Azərbaycanda “account takeover”- mabil bankçılıq hesabların ələ keçirilməsi, “phishing” halları,“advanced scam” - yəni, özünü bank və ya polis əməkdaşı kimi özünü təqdim edən şəxslərin vətəndaşları aldatması ilə həmin maliyyə vəsaitlərin ələ keçirilməsi halları baş verir:

“Əvvəllər dələduzluq halları sadəcə bir kanal - kart kanalı üzərindən baş verirdi və banklar üçün bununla mübarizə aparmaq olduqça rahat idi.

Hazırki situasiyaya biz daha çox “omni-channel” olaraq baxırıq: Müştərinin mobil tətbiq, kart sistemləri və internet bankçılıqda həyata keçirdiyi əməliyyatları kanallar arası (cross-channel) olaraq analiz etməliyik ki, biz bu tip dərəduzluq hallarını qarşısını ala bilək. Təbii ki, bu tip dələduluq hallarının qarşısına almaq adi qaydaların idarə olunması kimi həllərlə baş vermir”.

Seçilən
9
teleqraf.com

1Mənbələr