AZ

Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı. Trend:

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü və qeyri-işgünlərində (26-29 iyun tarixlərində) respublika ərazisindəfəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalininnəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təminedilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarıyerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsizhərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərinqanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcəksərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobuslarıntəsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayətedilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiqtapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Azərbaycan RespublikasıSilahlı Qüvvələri Günü və qeyri-iş günlərində sərnişin axınınauyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobuslarınintervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarınaəməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi saydaəlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlaynqaydada, həmçinin avtovağzalların kassalarından əldə edəbilərlər.

Qeyd edək ki, hazırda portalda 51 məntəqəyə 82 istiqamət üzrəbilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyatvasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinintəmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılmasıbaxımından bir sıra üstünlüklərə malikdir.

Seçilən
161
16
az.trend.az

10Mənbələr