AZ

Finlandiya Prezidenti: “Qərbin hökmranlıq dövrü başa çatıb, dünya çoxqütblü sistemə keçir”- ÖZƏL

Finlandiya Prezidenti Aleksander Stubb Qərbin qlobal hökmranlıq dövrünün sona çatdığını və dünyanın çoxqütblü, daha nizamsız bir quruluşa doğru irəlilədiyini bildirib. Olaylar.az xəbər verir ki,  o, bu fikri Haaqada keçirilən NATO sammitinə gəlişi zamanı jurnalistlərə açıqlamasında səsləndirib.
"Fikrimcə, biz dünya nizamının dəyişdiyi bir mərhələyə şahidlik edirik. Bu proses Birinci və İkinci Dünya müharibələrindən, həmçinin Soyuq müharibədən sonrakı dövrlərə bənzəyir. İndi isə anlamağa və qəbul etməyə məcburuq ki, Qərbin dominantlığı dövrü artıq geridə qalıb. Dünya daha çoxqütblü və daha nizamsız olacaq. Bu da o deməkdir ki, Finlandiya kimi dövlətlər üçün yaxın müttəfiqlərlə əməkdaşlıq və müdafiə, təhlükəsizlik sahəsində gücləndirmə daha vacib hala gələcək", - deyə Aleksander Stubb vurğulayıb.
O, eyni zamanda, Niderlandda keçirilən NATO sammitini "tarixi" adlandıraraq, hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılmasının Soyuq müharibə dövrünün səviyyəsinə çatmaq mənasına gəldiyini deyib.
Qeyd edək ki, NATO liderləri Haaqa sammitində alyans ölkələrinin hərbi xərclərinin 2035-ci ilə qədər 2%-dən 5%-ə qədər artırılması barədə qərar qəbul edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
olaylar.az

1Mənbələr