AZ

Avropa yeni qısa mənzilli HHM sistemi hazırlayır

Avropanın MBDA şirkəti mübahisəli hava məkanında alçaqdan uçan hədəfləri tutmaq üçün nəzərdə tutulmuş yeni “Fulqur” qısa mənzilli zenit raketini təqdim edib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, latınca “ildırım” sözünün şərəfinə adlandırılan sistem sürət, manevr qabiliyyətini və bütün hava şəraitini özündə birləşdirir.

Cəmi 10 kq çəkisi və 1,5 metr uzunluğu olan yeni sursat səsdən yüksək sürətlə 5 km-ə qədər məsafədəki hədəfləri vura bilir.

“Fulqur” modul sistemi müxtəlif modifikasiyaları həyata keçirməyə imkan verir: daşına bilən zenit raket kompleksi, zirehli maşınlarda və ya suüstü platformalarda quraşdırma.

Hazırda yeni sistemin İtaliya ordusuna tədarükü üçün müqavilə imzalanıb.

MBDA şirkətinin nümayəndələri qeyd ediblər ki, “Fulqur”un inkişafı son münaqişələrdə, xüsusən də Ukraynada müşahidə olunan pilotsuz təyyarələrin və sursatların kəskin artmasına cavab olaraq sürətləndirilib.

İlk seriyalı tədarüklərin 2028-ci ilin əvvəlində olması gözlənilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr