AZ

Romelu Lukaku 40 yaşınadək oynamaq istəyir

“Napoli”nin 32 yaşlı belçikalı mərkəz hücumçusu Romelu Lukaku futbolçu karyerasını ən azı 40 yaşına qədər sürdürmək istəyir.

Arena.az “Sporza” dərgisinə istinadən məlumat verir ki, Lukakunun müvafiq suala cavabı müyyən qənaətə gəlməyə əsas verir:

– Oynamaq və Kristiano Ronaldo kimi, 40 yaşa qədər səviyyədə olmaq, belə bir seçimi nəzərdən keçirirsən?
– Əslində, hə. Mən futbolu həddindən çox sevirəm. Ona görə evdə bu qədər məşq avadanlığım var. Nə qədər ki, məşq edirəm – futbol oynaya bilərəm. Əgər şövq varsa və sən özün haqda yaxşıca qayğılanırsansa – uzun müddət oynamaq olar. Əlbəttə, zaman nə vaxtsa haqlayacaq, amma mən sadəcə olaraq öz işimi görməyə davam edirəm.

Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub. Romelu karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.

Lukaku “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçib. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Lukaku “Napoli” üçün keçirdiyi 38 oyunda 14 qol vurub və 11 məhsular ötürmə verib.

Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 124 oyun keçirib, 89 qol vurub, 18 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
30
arena.az

1Mənbələr