ain.az, Reyting.az saytına istinadən bildirir.
Bakıda avtomobil “KamAz”a çırpılıb, iki qadın xəsarət alıb.Hadisə Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda baş verib.TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.Qeyd olunub ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub:"Hadisə yerində 2 qadına ilkin tibbi xidmət göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlara başın açıq yarası və bud sümüyünün sınığı diaqnozları təyin edilib. Hər iki şəxsə zəruri instrumental-diaqnostik müayinələr təyin edilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir"(Repot).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.