Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Ət gigiyenasının ümumi prinsipləri” dövlət standartının ləğv edilməsi ilə bağlı ictimai müzakirə təşkil edib.
“APA-Economics” xəbər verir ki, ictimai müzakirə bitdikdən sonra standartın ləğv edilməsi ilə bağlı qərar qəbul ediləcək.
Qeyd edək ki, “Ət gigiyenasının ümumi prinsipləri” dövlət standartı 2011-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə təsdiq edilib və qüvvəyə minib.