AZ

Bakıda yanğın başlayıb

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda açıq ərazidə yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Yasamal rayonunda ağaclıq ərazi yanır. Məsələ ilə əlaqədar Fövqəladə Nazirliyinin (FHN) mətbuat xidməti ilə əlaqə saxladıq. 

Nazirlikdən BAKU.WS-ə bildirildi ki, Yasamal rayonu, Mətbuat prospektində açıq ərazidə quru-otluq sahədə yanğın baş verməsi barədə FHN-in 112 "qaynar xətti"nə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə qüvvələri əraziyə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
baku.ws

1Mənbələr