Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Diabetik təbii meyvə şirələri” dövlət standartını ləğv edilməsi üçün ictimai müzakirəyə çıxarıb...
“APA-Economics” xəbər verir ki, standartın ləğv edilmə səbəbi həmin standart ilə istehsalın olmamasıdır.
Qeyd edək ki, “Diabetik təbii meyvə şirələri” dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 2024-cü ildə qəbul edilib və qüvvəyə minib. Standart meyvə və giləmeyvələrdən hazırlanan, sorbit, ksilit və ya şəkərli diabetlərin qidalanmasına icazə verilən başqa şəkər əvəzedici əlavə edilmiş və ya edilməmiş, sterilləşdirilmiş şəkərli diabetlər üçün təbii şirələrə şamil olunub.
Poliqon.info