AZ

“İmişli” 5 futbolçusu ilə yollarını ayırdı

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “İmişli” klubu beş futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovun başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub onlara xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, “İmişli” 2024/2025-ci illər mövsümündə Birinci Liqada ikinci yeri tutub və Premyer Liqaya vəsiqə qazanıb.

Seçilən
3
8
arena.az

9Mənbələr