AZ

Modriç “Milan”la müqavilə imzalayacaq

Bakı. Trend:

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatındansonra İspaniyanın “Real Madrid” klubundan ayrılacaq Luka Modriçİtaliyanın “Milan” komandasına keçəcək.

Trend xəbərverir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumatyayıb.

Onun sözlərinə görə, 39 yaşlı futbolçu mundialdan sonrauşaqlıqdan azarkeşi olduğu "rossonerilər"lə 2026-cı ilin yayınaqədər müqavilə imzalayacaq.

Qeyd edək ki, 2012-ci ildən “Real Madrid”də çıxış edən futbolçubu müddət ərzində 590 matçda 43 qol və 95 məhsuldar ötürmə iləyadda qalıb.

Seçilən
3
4
az.trend.az

5Mənbələr