AZ

Sosial yardımlarla bağlı ŞAD XƏBƏR

Milli Məclis "Yaşayış minimumu haqqında" Qanunu qəbul edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institusional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi.

Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənl edilərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

Bəs sosial yardımlar da artırılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Vüqar Bayramov deyir ki, yaşayış minimunun məbləği büdcə layihəsi ilə birlikdə hər il cənab Prezident tərəfindən təqdim olunan sənəddə öz əksini tapır:

“Sözügedən sənəd Milli Məclis tərəfindən qəbul olunub, Dövlət Başçısı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. Son illər yaşayış minimunun hər il artmasını müşahidə edirik. Artıq bu məbləğ 285 manat, yəni ehtiyac meyarıyla eynidir. Təbii ki, yeni qanunun qəbulundan sonra yeni qida normaları müəyyənləşib. Eyni zamanda istehlak səbətinin yeni tərkibi müəyyən ediləcək.

Bu da ondan xəbər verir ki, yaşayış minimumu yenidən artırılması gözləniləndir.

Təbii ki, 2025-ci ilin payızında, yeni büdcənin müzakirələrində konkret məbləğ bəlli olacaq. Məbləğə uyğun da ehtiyac meyarı və sosial yardım məbləğinin hesablanması həyata keçiriləcək. Bütövlükdə gözlənti ondan ibarətdir ki, yaşayış minimunun yenidən artacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
6
2
bizim.media

10Mənbələr