AZ

Ərdoğan Haaqada NATO liderləri ilə bir araya gəlib

BAKI, TurkicWorld

Prezident Ərdoğan NATO Zirvəsində Trampla qısa görüş keçirib.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvə görüşü çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə qısa görüş keçirib.

Prezident Ərdoğan NATO sammitində iştirak etmək üçün səfər etdiyi Hollandiyada təmaslarını davam etdirir. Dünən axşam saatlarında ABŞ prezidenti Tramp ilə ayaqüstü söhbət edən Ərdoğan bu gün Haaqada sammitin keçiriləcəyi əraziyə gəlib.

Zirvə binasının girişində jurnalistləri salamlayan Ərdoğan daha sonra ailə fotosunun çəkiləcəyi yerə keçib. Burada onu NATO-nun baş katibi Mark Rutte və Hollandiyanın baş naziri Dik Schoof qarşılayıb. Ərdoğan ailə fotosunda digər liderlərlə birlikdə görüntülənib.

Qeyd edək ki, ailə fotosu zamanı Prezident Ərdoğanın sağ tərəfində Böyük Britaniyanın Baş naziri Keir Starmer, sol tərəfində isə İsveçin Baş naziri Ulf Kristersson yer alıb.

Seçilən
52
7
turkic.world

10Mənbələr