AZ

Cəzaçəkmə müəssisələrində yeni xidmət sahələri yaradılacaq

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarının genişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələri yaradılacaq.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Sərəncama əsasən, 2025–2027-ci illər ərzində Nazirlər Kabineti Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarının genişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələrinin yaradılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsini təmin etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
6
unikal.az

8Mənbələr