AZ

Narışkin: “Kiyevlə danışıqları davam etdirmək lazımdır”

xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru (XKX) Sergey Narışkin “TASS” agentliyinə müsahibəsində belə deyib.

“Onların ovqatından asılı olmayaraq, danışıqlar aparmaq lazımdır. Hərçənd, ciddi irəliləyişdən danışmaq çətindir. Lakin buna baxmayaraq, hər dəfə növbəti turda bir sıra məsələlər, o cümlədən humanitar gündəliyə aid problemər öz həllini tapır. Bu isə çox vacibdir”, - Narışkin danışıqların növbəti raundu öncəsi Ukrayna tərəfinin əhval-ruhiyyəsini necə qiymətləndirdiyi barədə sualın cavabında deyib.

Putin Kiyevə xəbərdarlıq edib| VİDEO
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Peterburq Forumu çərçivəsində dünya mediası ilə keçirdiyi görüşdə Ukrayna prezidenti Volodimir Zelenski də daxil olmaqla, hamı ilə danışıqlar stolu arxasında oturmağa hazır olduğunu bildirib.

Lakin, o, problemin Ukrayna hakimiyyətinin və şəxsən Zelenskinin legitimiliyi və sülh sazişinin kimin imzalayacağı ilə bağlı olduğunu vurğulayıb.

Prezident postundan getmək niyyətində olmadığını bir daha açıqlayan Ukrayna lideriVolodimir Zelenski isə, özünü münaqişənin sonuna qədər ölkəyə rəhbərlik edə biləcəkən təcrübəli şəxsadlandırıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
4
1
azvision.az

2Mənbələr