AZ

Ucuz texnoloji cihazlar təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir

Son vaxtlar bazarda ucuz texnoloji cihazların sayı artıb. Telefon, qulaqlıq, airfryer kimi məhsulların ucuz qiymətə satılması alıcıları cəlb edir. Lakin bu cihazların təhlükəsizlik baxımından problemləri də var.

Far.Az mütəxəssislərin fikirlərinə istinadən xəbər verir ki, belə cihazlarda keyfiyyətsiz materiallardan istifadə olunur. Bu isə qızma, partlayış və ya sıradan çıxma riskini artırır.

Ən çox təhlükə yaradan məhsullar arasında enerji bankları və adapterlər göstərilir. Onlar qeyri-sabit gərginlik verdiyi üçün həm cihazlara zərər vurur, həm də yanğına səbəb ola bilər. Bəzi ucuz qulaqlıqlar isə yüksək radiasiya yayır.

Ekspertlər bildirir ki, tanınmış markalar məhsullarını beynəlxalq standartlara uyğun sınaqdan keçirir. Naməlum firmalara aid ucuz cihazlarda isə bu nəzarət olmur.

Cihazın sertifikatı və mənşə ölkəsi olmalıdır. Qablaşdırmada xəbərdarlıq işarələri yoxdursa, almamaq məsləhətdir. Qiyməti şübhəli dərəcədə aşağı olan cihazlardan əvvəlcə araşdırma aparmaq lazımdır. Cihaz qızarsa və ya deformasiya olunubsa, dərhal istifadə dayandırılmalıdır.

Mütəxəssislər xəbərdarlıq edir: ucuz texnologiya qənaət deyil, risk ola bilər. "Ucuza alınan cihazlar sonradan baha başa gələ bilər", – deyə bildirirlər.

Seçilən
4
3
far.az

4Mənbələr